Saytda reklam




Qozlu rulet

23-01-2013, 14:39 Müəllif: aylina Baxılıb: 1075 Şərhlər: 2
   
Qozlu rulet


Ərzaqlar:

Xəmir üçün:


3 ədəd yumurta
1 x.q. şəkər tozu
0,5 banka qatılaşdırılmış süd
1 ç.q. qabartma tozu
100 qram kərə yağı və ya marqarin
4-6 x.q. un

Iç üçün:

1 banka qatılaşdırılmış süd
qoz ləpəsi

Şirə üçün:

100 qram şokolad
2-3 x.q. süd
1 x.q. kərə yağı

Hazırlanma qaydası:


Unu ələkdən keçirib, qabartma tozu ilə qarışdırın. Yumurtaları sındırıb, üzərinə şəkər tozu əlavə edib, yaxşıca çalın. Sonra üzərinə qatılaşdırılmış süd əlavə edib, yenidən mikserlə çalmağa davam edin. Sonra üzərinə un və kərə yağı əlavə edib, qarışdırın.

Bişirmək üçün xüsusi forma qabına perqament kağızı sərib və yaxud yağlayandan sonra xəmiri tökərək, bərabər şəkildə yayın.

Xəmiri 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə ərzində bişirin. Bişmiş korjun üzərinə qatılaşdırılmış süd tökərək, bərabər şəkildə yayın. Sonra üzərinə doğranılmış qoz ləpəsi səpin.

Korju rulet şəklində büküb, soyumaq üçün kənara qoyun.

Şirə hazırlamaq üçün: əridilmiş şokoladın üzərinə süd və kərə yağı əlavə edib, yaxşıca qarışdırın. Şirəni soyumaq üçün kənara qoyun.

Sonra ruletin üzərinə şirəni çəkib, qoz ləpəsi ilə bəzəyin. Nuş olsun!


Reytinq:
    Bölmə: Mətbəx
Hörmətli ziyarətçi, siz qeydiyyat keçmədən sayta daxil olmusunuz. Saytdan daha yaxşı yararlanmaq üçün qeydiyyatdan keçin və ya istifadəçi adınızla sayta daxil olun.
Xəbər üçün yazılan şərhlər
_Elka_   | Stylish  | 13 iyun 2013 16:18  |

beh beeeeehhh cooooox dadli gorunur
  |   |   |   | 1
İstifadəçinin medalları və www.Missis.az-da seçdiyi şəxsi imzası:

  

axirkii mende qariwdirdimm...
STeLLa BEauTIful   | Fashionable  | 30 dekabr 2013 16:37  |

beh beeeeehhh cooooox dadli gorunur

  |   |   |   | 2
İstifadəçinin medalları və www.Missis.az-da seçdiyi şəxsi imzası:

       

Dost Istesen ALLAH ... Sohbet Istesen QURAN... Duwmen Istesen NEFS... Varlanmaq Istesen QENAET... Ibret Istesen HUSEYIN Yeter


İnformasiya

Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.