ANA SƏHİFƏ QEYDİYYAT SUALLARINIZ ƏLAQƏ
Qadın öz başına nə gül qönçəsidir, nə də tikan. Qoxulamasını bilirsənsə gül, tutmasını bilməzsənsə tikan olar.



Toyuqla Parça-Döşəmə Plov   

Bölmə: Kulinariya | Müəllif:  aylina | Tarix: 22-12-2012, 18:19 | Baxış 107 | Şərh  5

Toyuqla Parça-Döşəmə Plov


Parça-döşəmə plov qoyun əti və toyuqla hazırlana bilər. Parça-döşəmənin altında qazmaq olmalıdır, və qazmağın ardından digər ərzaqlar qat-qat qazana yığılmalıdır. Burada gördüyünüz reseptdə isə qazmaq yoxdur - qazmağın yerinə qazanın dibinə toyuq əti döşənir, onun üstündən isə düyü və quru meyvələr. Tələsik Azərbaycan-sayağı bir plov bişirmək istəyirsinizsə, bir qədər asanlaşdırılmış bu parça-döşəmə plovunun resepti sizin lap ürəyinizcə olacaq.

TOYUQLA PARÇA-DÖŞƏMƏ PLOV

4-6 porsiya üçün nəzərdə tutulub
Ərzaqlar
3 stəkan uzun düyü
4 xörək qaşığı ərinmiş kərə yağı
1 stəkan təmizlənmiş şabalıd
½ stəkan quru ərik
1 stəkan quru gavalı (çəkirdəyini çıxarda bilərsinizsə, məsləhətdir)
½ cup quru İran xurması (çəkirdəyini çıxarda bilərsinizsə, məsləhətdir)
½ stəkan ağ kişmiş
1 kilo kiçik parçalara bölünmüş sümüksüz toyuq əti (istəyə görə sümüklü də ola bilər)
1 ədəd baş soğan - nazik yarımhalqalar şəklində doğrayın
1/3 çay qaşığı zəfəran teli - döyülmüş və 3 xörək qaşığı qaynar suda həll olunmuş
duz
istiot


1. Düyünü təmizləyin, və ilıq suyun altında tez-tez süzə-süzə yaxşıca yuyun. Bu proses zəruridir, çünki su düyüdəkı nişastanı yuyub aparır və bu da düyünün bişdikdən sonra diri qalması və yapışmaması üçün vacibdir.
2. Düyünü ləyənə qoyub, üstünə örtəcək qədər ilıq su tökün. Suya 1 xörək qaşığı duz atın. Kənara qoyun.

3. Digər ərzaqları hazırlayın. Tavada 2 xörək qaşığı yağ qızdırın. Təmizlənmiş şabalıdı yağa əlavə edib təxminən 3 dəqiqə ərzində qızardın. Üstünə ərik, qavalı və xurmanı əlavə edin və 3 dəqiqə də qızardın. Kişmişi də buraya əlavə edib 1 dəqiqə qızardın. Tavanı kənara çəkin.
4. Xüsusi plov qazanına 10 stəkan su və 2 xörək qaşığı duz qoyun (məndə belə qazan olmadığından mən adi altı-yapışmayan - non-stick qazandan istifadə edirəm). Qaynadın. Düyünü süzün və bu suya əlavə edin. Təxminən 7-10 dəqiqə ərzində arada-bir qarışdıraraq bişirin. Düyünün dadına baxın -hazır düyü bir qədər yarımbişmiş qalmalıdır, yumuşaq olmamalıdır. Düyünü süzün və kənara qoyun.
5. Qazanda 1 xörək qaşığı kərə yağı əridin. Toyuq ətini qazanın dibinə bir lay düzün. Üstünə bir az duz və istiot səpin. Toyuğun üstünə bir lay halqavari doğradığınız soğanı düzün. Qazanın qapağını örtmədən, təxminən 5 dəqiqə ərzində orta odda bişirin. Bu müddət ərzində toyuq və soğanın dadı bir birinə qarışacaq, və ikisi də bir qədər yumuşalacaq.

Toyuqla Parça-Döşəmə Plov

6. Soğan layının üstünə düyünün yarısını tökün. Hazırladığınız quru meyvələri düyünün üstündən bir lay düzün. Qalan düyünü meyvələrin üstünə töküb, plova konusvari şəkil verin. Plovun üstünə 1-2 xörək qaşığı kərə yağə tökün.
7. Qazanın üstünü əvvəlcə çay dəsmalı ilə örtün, onun üstündən isə qapağını qoyun.
8. Plovu vam odda təxminən 30 dəqiqə ərzində bişirin. Sonra qapağını açıb düyünün üstünə zəfəran-şirəsi tökün.
9. Yenidən qapağı örtərək, plovu 30 dəqiqə də vam odda bişirin. Bişmiş plov dənə-dənə olmalıdır, toyuğun altı qızarmalı, soğan isə əriməlidir.

10. İri qaba düyü, üstündən isə quru meyvə və toyuq ətini düzüb plovu süfrəyə verin.

Toyuqla Parça-Döşəmə Plov





(səslər:1)
Məsləhət gördüklərimiz:
Badam plov
Borş
Limonlu şirin çörəklər
Pomidor Souslu Bulqurlu Kroketlər
Düşbərə

"Toyuqla Parça-Döşəmə Plov" xəbərinə aid müzakirələr :

Tarix: 23 dekabr 2012 11:38
Müəllif: Happy_angel | Qrupu: Aktive Lady
dadli gorunur twk

Medal yoxdur:(

Tarix: 23 dekabr 2012 12:28
Müəllif: Sol Naciente | Qrupu: Trend Lady
beh beh ne dadli gorsenir ....cox sagolun

Medal yoxdur:(

Tarix: 24 dekabr 2012 09:06
Müəllif: Sara | Qrupu: Professional
ela yemekdi,tesekkurler

       

Tarix: 28 dekabr 2012 17:01
Müəllif: aylina | Qrupu: Glamour Lady
plovuuu hami cox sevir deye qoydum

   

Tarix: 14 fevral 2013 23:55
Müəllif: _NURAY_ | Qrupu: Fashionable
etsiz dadli olur eti sevmirem axi mennnn

   
İnformasiya

Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
İSTİFADƏÇİLƏR
Hal-hazırda online
 İstifadəçilər: 12
_Esmer_ Angel
bellam bina
burcu diliko
JENI məryəm
Nerminka17 Sara
Sebka Webi

Axtarış robotları: 3
GooglebotBaidu Spider
Yandex

Qonaqlar: 195
İndi saytda: 210

Saytda sonuncu olanlar
Son 20 İstifadəçi
_Elnare_Zade_ Allah_Yaradan
AnGeLoCKa banu
Damla elllllll
EmO LoVe EmOskA
gulus humay
jale Karamelka
MODA PERISI NIGAR_N
Naza Nazli Eskerova
QaMA R.x.H
Sebine ulibka Hess

TOP 5 XƏBƏRÇİLƏR
Sebine
Xəbərlər: 80
 
EmOskA
Xəbərlər: 72
 
Damla
Xəbərlər: 60
 
Karamelka
Xəbərlər: 26
 
Sara
Xəbərlər: 26
 
TOP 5 ŞƏRHÇİLƏR
EmOskA
Şərhlər: 277
 
Prosta_Leyla
Şərhlər: 193
 
Karamelka
Şərhlər: 155
 
Sebine
Şərhlər: 116
 
jale
Şərhlər: 102
 
FACEBOOK SƏHİFƏMİZ
SORĞU

Hansı bölməyə aid xəbərlərə üstünlük verilsin?
Gözəllik
Moda
Gəlinlik
Aksesuar
Parfumeriya
Estetik gözəllik
Arıqlama sirləri
Düzgün qidalanma
Arıqlama vasitələri
Bədənə qulluq
Ev kosmetikası
Kökəlmə sirləri
Qadın xəstəlikləri
Uşaqlar və Tərbiyə
Qadın psixalogiyası
Ana və Uşaq
Ailə və Sağlıq
Qadın və Din
Kulinariya
Qadın dünyası
Hamiləlik və Analıq
Körpəyə qulluq
Qidalanma və Pəhriz
Evlilik
Bürclər və Qroskop
Qadın və Cəmiyyət
Makyaj
Manikür və Pedikür

səs ver nəticə
ADMİNLƏ ƏLAQƏ
Copyright © 2012-2013. Missis.az
Qadınlara məxsus yaradılıb.
Dizayn: TVGROUP.
Saytda yerləşdirilən xəbərlər yalnız tanıtım xarakterlidir.

Admin-lə Əlaqə

SAYĞACLAR