Uzun və sağlam kirpiklərə sahib olmağın yolları

 Uzun ve saglam kirpiklere sahib olmagin yollari

Hər xanım gözlərini daha da gözəl göstərəcək sağlam və uzun kirpiklərə sahib olmaq istəyər. Amma bəzi dövrlərdə kirpiklərimiz tökülür, qaşınır, kəpəklənir və istəmədiyimiz bir görünüşə sahib olmağa başlayır. Uzun və sağlam kirpiklərə sahib olmaq istəyirsinizsə, Təqdim etdiyimiz bu addımları bir-bir edin.

Bir pambıqlı çubuq və ya barmaqlarınızın köməyi ilə üst kirpik xətlərinin üstünə vazelini incə bir şəkildə sürtün. Gecə yatarkən sürtün. Tökülmə və zəifləmənin önünə keçir.

Bir çox qadın yumurta ağını zeytun yağı ilə qarışdırıb saçlar üçün maska kimi istifadə edirlər. Bu maska da saçların uzanması üçün çox faydalıdır. Eyni şəkildə yumurta ağı kirpikləri uzatmaq üçün də istifadə edilir. Tək iş yumurta ağı ilə hind yağını eyni miqdarda qarışdırın. Pambıqlı bir çubuq yardımı ilə kirpiklərinizə sürtün. Müntəzəm istifadə etsəniz gur və göz qamaşdırıcı kirpiklərə sahib olarsınız.


Kirpik qoruyucu məhsullar istifadə edin. Göz tujları kirpikləri daha gözəl göstərsə də bəzi tujlar kirpiklərə ziyan edir. Makiyajı təmizləyərkən kirpiklərin tökülməsi elə tujun keyfiyyətsiz məhsul olduğunun göstəricisidir. Kiprikləri qorumaq üçün pro kreatin tərkibli kirpik qoruyucu məhsullar istifadə edin.
Suya davamlı tujlardan uzaq durun, çünki bu tujlar uzun müddət kirpiklərdə qalacağından zəif kirpiklər üçün olduqca zərərlidir və tökülməsinə səbəb olur.

Tuju nə qədər az istifadə etsəniz kirpiklər bir o qədər güclü olar və tez uzanar.

Makiyaj etmisinizsə, mütləq təmizləyin. Qalan tuj qalıqları gecə boyunca kirpiklərə ziyan edir. Tujunuzu 6 aydan bir dəyişdirməyi unutmayın.


Kirpiklər olduqca həssas olduğundan kirpik qatlayan istifadə etmək çox zərərlidir

Saçlarınızı hər gün necə darayırsınızsa, kirpiklərinizi də hər gün elə fırçalayın. Tez uzanmasına yardım edəcək.

Kirpik diblərinə hər gün 5 dəqiqə masaj edin. Masaj kirpik diblərinə faydalıdır. Qan dövranını yaxşılaşdırır və kirpikləri uzadır. Hər gün sadəcə 5 dəqiqə dairəvi yavaş hərəkətlərlə kirpik köklərinə masaj edin.

Missis.Az

Digər faydalı məlumatları Missis.Az-ın Facebook səhifəsində oxuyun

+ +8 -

Şərhinizi əlavə edin

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
  • Yandex.Metrica